
Azərbaycan balının Aİ ölkələrinə ixracı üçün tədbirlər görülür
Fins.az - Azərbaycan balının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində işlər davam etdirilir. Bu çərçivədə arıların sağlamlığının qorunması və məhsulun keyfiyyətinin təmin olunması üçün mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
Mütəxəssislər bildirir ki, bitkilərin çiçəkləmə dövründə arı ailələrinin köçürülməsi zamanı karantin qaydalarına ciddi riayət olunmalı, arıxanalar arasında təxminən 5 kilometr məsafə saxlanmalıdır. Eyni zamanda, yeni ərazilərə köçürülmə zamanı müəyyən müddət izolyasiya tədbirləri tətbiq edilməlidir.
Həmçinin ana arı yetişdiriciliyi tam təcrid olunmuş ərazilərdə aparılmalı və həmin zonalarda 3 kilometr radiusda digər ana arı təsərrüfatlarının olmaması vacib hesab edilir. Bu tədbirlər ixrac potensialının artırılmasına və beynəlxalq tələblərə uyğun məhsul istehsalına xidmət edir.