Azərbaycan aqrar sektoru regional liderə çevrilə bilər - AİB rəsmisi

Azərbaycan aqrar sektoru regional liderə çevrilə bilər - AİB rəsmisi

BİZNES
241

Kənd təsərrüfatı artıq yalnız ilkin istehsal sahəsi kimi deyil, iqtisadi şaxələndirmə, ixrac rəqabətliliyi və inklüziv kənd inkişafının əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.

Fins.az xəbər verir ki, bu fikirləri Asiya İnkişaf Bankının (AİB) Kənd Təsərrüfatı, Qida, Təbiət və Kənd Yerlərinin İnkişafı Sektoru Ofisinin direktoru Jiangfeng Zhang “Aqrobiznesin İnkişafı Forumu”nda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycanın strateji baxışı aqrar ərzaq sistemini rəqəmsal texnologiyalar, süni intellekt, iqlim fəaliyyəti və ağıllı siyasət seçimləri ilə formalaşan innovasiyalara əsaslanan müasir sektor kimi qəbul edir.

“Biz dönüş nöqtəsində dayanmışıq. Qlobal miqyasda ərzaq sistemləri iqlim dəyişkənliyindən bazar qeyri-sabitliyinə qədər ciddi təzyiqlərlə üzləşir. Eyni zamanda texnoloji intibah dövrünü yaşayırıq. Süni intellektə əsaslanan qərar qəbuletmə alətləri və rəqəmsal dövlət xidmətləri bu çağırışların həlli üçün real imkanlar yaradır”, – deyə AİB rəsmisi qeyd edib.

Onun sözlərinə görə, əsas məsələ bu transformasiyaların baş verib-verməyəcəyi deyil, onların necə strateji, inklüziv və məsuliyyətli şəkildə idarə olunacağıdır.

Jiangfeng Zhang vurğulayıb ki, AİB Azərbaycanı yalnız innovasiyaların faydalananı deyil, həm də iqlim fəaliyyəti, rəqəmsal texnologiyalar və bazar yönümlü kənd təsərrüfatının inteqrasiyası sahəsində regional lider kimi görür.

O əlavə edib ki, Asiya İnkişaf Bankı siyasət islahatları, investisiyalar, bilik həlləri və regional əməkdaşlıq vasitəsilə Azərbaycanın aqrar-ərzaq sektorunun inkişafını dəstəkləməyə sadiq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan aqrar sektoru regional liderə çevrilə bilər - AİB rəsmisi — Fins.az — Fins.az