Azərbaycan AİİB ilə nəqliyyat investisiyalarını müzakirə edib

Azərbaycan AİİB ilə nəqliyyat investisiyalarını müzakirə edib

BİZNES
192

Fins.az - Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində paylaşım edərək AİİB-in baş direktoru Syaohon Yan ilə görüş keçirdiyini bildirib.

Görüş zamanı tərəflər nəqliyyat sistemlərinin uzunmüddətli dayanıqlığı, çevikliyi və davamlı inkişafı üçün investisiya yanaşmalarını müzakirə ediblər.

Müzakirələrdə həm mövcud layihələr üzrə maliyyələşmə, həm də yeni təşəbbüslər üçün texniki və maliyyə imkanlarının genişləndirilməsi diqqət mərkəzində olub.

Tərəflər gələcək mərhələlərdə nəqliyyat infrastrukturuna investisiya perspektivləri və bankın dəstəyi ilə həyata keçirilə biləcək yeni layihələr barədə fikir mübadiləsi aparıblar.

AİİB ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi və beynəlxalq logistika şəbəkələrinə inteqrasiyasının gücləndirilməsi hədəflənir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan AİİB ilə nəqliyyat investisiyalarını müzakirə edib — Fins.az — Fins.az