
Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb
Yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 96 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən idxal edilib.