
“AvtoVAZ” Lada Azimut istehsalına hazırlaşır
Fins.az - “AvtoVAZ” may ayındakı korporativ tətil dövründə istehsal xətlərini modernləşdirərək yeni model – Lada Azimut krossoverinin buraxılışına hazırlaşacaq.
Şirkət istehsal avadanlıqlarında yenilənmələr aparacaq, əlavə işlər isə “Niva” ailəsinə aid avtomobillərin istehsal olunduğu ikinci xəttdə də həyata keçiriləcək.
Lada Azimut modelinin istehsalına 2026-cı ilin üçüncü rübündə başlanması planlaşdırılır.
Bununla yanaşı, “AvtoVAZ” korporativ tətil günlərinin tarixini dəyişərək may ayındakı istirahət müddətini ümumilikdə 7 gün uzadıb.