Avrozonada işsizlik fevralda gözlənilmədən artaraq 6,2%-ə çatıb

Avrozonada işsizlik fevralda gözlənilmədən artaraq 6,2%-ə çatıb

BİZNES
213

Fins.az - işsizlik səviyyəsi fevral ayında gözlənilmədən artaraq 6,2%-ə yüksəlib. Bu göstərici yanvarda qeydə alınmış rekord aşağı səviyyə – 6,1%-lə müqayisədə artım deməkdir.

Analitiklər işsizliyin əvvəlki səviyyədə qalacağını proqnozlaşdırırdılar. 2025-ci ilin fevralında isə bu göstərici 6,3% olub.

Fevral ayında avrozonada işsizlərin sayı yanvarla müqayisədə 93 min nəfər artaraq 10,92 milyon nəfərə çatıb. Gənclər (25 yaşadək) arasında işsizlik səviyyəsi isə dəyişməyərək 14,9% olub.

Böyük iqtisadiyyatlar arasında ən aşağı işsizlik Almaniyada (4%), ən yüksək isə İspaniyada (9,8%) qeydə alınıb. Fransada bu göstərici 7,8%, İtaliyada isə 5,3% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avrozonada işsizlik fevralda gözlənilmədən artaraq 6,2%-ə çatıb — Fins.az — Fins.az