
Avropa Komissiyası enerji təminatında narahatlıq görmür
Fins.az Avropa Komissiyasınin (EK) nümayəndəsi Anna-Kaisa Itkonen bildirib ki, AB ölkələrinin neft və qaz ehtiyatları və Yaxın Şərqlə bağlı olmayan tədarük mənbələri enerji təminatı ilə bağlı narahatlıq yaratmır.
O əlavə edib ki, EK bazar qiymətlərini diqqətlə izləyir, çünki əsas narahatlıq enerji təminatının təhlükəsizliyi deyil, enerji qiymətlərinin artmasıdır.
“Biz enerji tədarükünün təhlükəsizliyindən daha çox enerji qiymətlərinin yüksəlməsindən narahatıq. Bu, enerji müstəqilliyimizi gücləndirməyin nə qədər vacib olduğunu xatırladan bir andır və biz illərdir bunun üzərində çalışırıq,” – deyə Itkonen bazar ertəsi Brüsseldə keçirilən brifinqdə bildirib.