"Aqroservis" dövlət qeydiyyatına alınıb

"Aqroservis" dövlət qeydiyyatına alınıb

BİZNES
669

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb.

Fins.az bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, yeni kommersiya qurumu indiyə qədər mövcud olan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC-nin bazasında yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev avqustun 17-də fərman imzalayıb.

“Aqroservis”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12, nizamnamə kapitalı 411 976 466 manat, qanuni təmsilçisi isə Elmin Əlisa oğlu Rəhmanovdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Aqroservis" dövlət qeydiyyatına alınıb — Fins.az — Fins.az