Aqrar sektor strateji istiqamət kimi ölkənin inkişafında mühüm rol oynayır - Məcnun Məmmədov

Aqrar sektor strateji istiqamət kimi ölkənin inkişafında mühüm rol oynayır - Məcnun Məmmədov

BİZNES
419

Müasir dövrdə kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, həm də ərzaq təhlükəsizliyinin təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ekoloji dayanıqlılığın qorunması baxımından mühüm strateji istiqamətdir.

Fins.az xəbər verir ki, bu barədə Məcnun Məmmədov Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda bildirib.

Nazir qeyd edib ki, qlobal iqlim dəyişiklikləri, təbii resurslardan səmərəli istifadə zərurəti və artan ərzaq tələbatı aqrar siyasətdə yeni yanaşmaların tətbiqini vacib edir. Onun sözlərinə görə, Azərbaycanda aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və İlham Əliyev-in rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

M.Məmmədov bildirib ki, dövlət tərəfindən fermer və sahibkarlara geniş dəstək mexanizmləri tətbiq olunur. Bu çərçivədə subsidiyalar, güzəştli kreditlər, kənd təsərrüfatı texnikasına əlçatanlığın artırılması, aqrar sığorta sisteminin genişləndirilməsi və innovativ texnologiyaların təşviqi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verir.

Nazir vurğulayıb ki, əsas məqsəd müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialı güclü aqrar sistemin formalaşdırılmasıdır.

O, həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr ölkənin kənd təsərrüfatı strategiyasında xüsusi yer tutur və həmin ərazilərdə müasir infrastrukturun qurulması, innovativ təsərrüfat modellərinin yaradılması və “ağıllı kənd” yanaşmalarının tətbiqi regionun böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aqrar sektor strateji istiqamət kimi ölkənin inkişafında mühüm rol oynayır - Məcnun Məmmədov — Fins.az — Fins.az