
Aprel ayındakı hava şəraiti avtomobil satışlarına təsir göstərə bilər
Fins.az - Aprel ayında hava şəraitinin kəskin pisləşməsi avtomobil bazarındakı satışlara mənfi təsir göstərə bilər.
Mütəxəssislərin fikrincə, mart ayında müşahidə olunan istiləşmədən sonra qar və soyuq havanın qayıtması potensial alıcıların aktivliyini azalda bilər.
Bu barədə “Avtostat”ın icraçı direktoru Sergey Udalov Moskvada keçirilən “Rusiya avtodilerləri” assosiasiyasının konvensiyasında bildirib. Onun sözlərinə görə, tədbir iştirakçıları belə hava şəraiti səbəbindən yollarda çətinliklərlə üzləşiblər ki, bu da bazardakı ümumi vəziyyətə təsir edə bilər.