“Anglo Asian Mining” Azərbaycanda gümüş hasilatını açıqlayıb

“Anglo Asian Mining” Azərbaycanda gümüş hasilatını açıqlayıb

BİZNES
228

“Anglo Asian Mining” şirkəti 2025-ci ildə Azərbaycan hökumətinin payı da daxil olmaqla ümumilikdə 24 348 unsiya gümüş istehsal edib.

Fins.az şirkətə istinadən xəbər verir ki, il ərzində gümüş istehsalında rüblük dinamika azalma tendensiyası göstərib. Belə ki, 2025-ci ilin martın 31-də başa çatan birinci rübdə istehsal 8 206 unsiya olub, ikinci rübdə 6 699 unsiyaya, üçüncü rübdə isə 4 655 unsiyaya qədər enib. Dördüncü rübdə isə cüzi artım qeydə alınaraq istehsal 4 788 unsiyaya yüksəlib.

Məlumata əsasən, 2025-ci ildə qızıl istehsalı 25 061 unsiya təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 15 073 unsiya ilə müqayisədə 9 988 unsiya artım deməkdir.

Eyni zamanda, 2025-ci ildə mis istehsalı da ciddi artım nümayiş etdirib. Belə ki, ötən ildə 377 ton olan mis istehsalı 4 787 tona yüksəlib və nəticədə 4 410 ton artım qeydə alınıb.

Şirkət qeyd edib ki, qızıl və mis hasilatındakı artım əsasən 2024-cü illə müqayisədə “Gilar” yatağında istehsalın başlanması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Anglo Asian Mining” Azərbaycanda gümüş hasilatını açıqlayıb — Fins.az — Fins.az