Anglo American və Teck Resources 50 milyard dollarlıq birləşməyə razılaşdı

Anglo American və Teck Resources 50 milyard dollarlıq birləşməyə razılaşdı

BİZNES
486

Finss.az xəbər verir ki, Anglo American və Teck Resources şirkətləri Anglo Teck adlı yeni qurum yaratmaq üçün birləşməyə razılıq veriblər. Rəsmi açıqlamaya görə, bu, “bərabərlərin birləşməsi” formatında həyata keçiriləcək.

Birləşmədən sonra Anglo American səhmdarları yeni şirkətin 62,4%-nə, Teck səhmdarları isə 37,6%-nə sahib olacaqlar. Birgə qurumun bazar kapitallaşması 50 milyard dolları keçir.

Müqavilənin bağlanmasından əvvəl Anglo American səhmdarlarına ümumi dəyəri 4,5 milyard dollar olan xüsusi dividend (səhm başına təxminən 4,19 dollar) ödənəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Anglo American və Teck Resources 50 milyard dollarlıq birləşməyə razılaşdı — Fins.az — Fins.az