Alphawave Semi Qualcomm-un 2,4 Milyar dollarlıq təklifini qəbul etdi

Alphawave Semi Qualcomm-un 2,4 Milyar dollarlıq təklifini qəbul etdi

BİZNES
482

Finss.az xəbər verir ki, Britaniyanın yarımkeçirici istehsalçısı Alphawave IP Group (Alphawave Semi) iki aylıq danışıqlardan sonra Qualcomm Inc.-dən 2,4 milyard dollara satınalma təklifini qəbul edib.

Alphawave Semi xəbər verir ki, Qualcomm şirkətdəki hər səhmə görə 2,48 dollar (183 pens) ödəyəcək. Bu, Qualcomm-un şirkətə maraq göstərdiyini elan etməzdən bir gün əvvəl, martın 31-də səhmlərin bağlanış qiymətinə nisbətdə 96% mükafat deməkdir.

Alphawave Semi Direktorlar Şurası təklif olunan şərtlərin ədalətli və ağlabatan olduğuna inanır və səhmdarlara Qualcomm ilə əməliyyatın lehinə səs verməyi tövsiyə etmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alphawave Semi Qualcomm-un 2,4 Milyar dollarlıq təklifini qəbul etdi — Fins.az — Fins.az