Almaniya telekommunikasiya şirkətinin Azərbaycanda törəməsi yaradılıb

Almaniya telekommunikasiya şirkətinin Azərbaycanda törəməsi yaradılıb

BİZNES
608

Almaniyanın «Hemmersbach GmbH & Company KG» telekommunikasiya şirkətinin "törəmə" müəssisəsi olan "Hemmersbach Azerbaijan" MMC Azərbaycanda qeydiyyatdan keçib. Bu barədə  Dövlət Vergi Xidməti məlumat yayımlayıb

Nizamnamə kapitalı 5 min avro olan şirkətin rəsmi təmsilçisi Almaniya vətəndaşı Ralf Klaus Koçvaradır.

Şirkət 1 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Bundan başqa, Norveçin “Magseis FF” geofizika şirkəti Bakıda nümayəndəliyini açıb. Filial iyunun 1-də dövlət qeydiyyatna alınıb. «Filialın rəsmi təmsilçisi ABŞ vətəndaşı Tomas Elias Skoliosdur”, - deyə məlumatda bildirilir.

“Hemmersbach GmbH & Company KG” telekommunikasiya və informasiya xidmətləri göstərir. Şirkətin mənzil-qərargahı Nürnberq şəhərində yerləşir

(c)interfaks Azərbaycan 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniya telekommunikasiya şirkətinin Azərbaycanda törəməsi yaradılıb — Fins.az — Fins.az