
“Akkord Nəqliyyat” şirkətinə əlavə maya qoyulub
“Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı 616 min 100 manat artırılıb.
"Fins.az"xəbər verir ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı artırılaraq 3 milyon 503 min 460,71 manat məbləğində müəyyən edilib.
İndiyək şirkətin nizamnamə kapitalı 2 milyon 887 min 360.71 manat idi.
Qeyd edək ki, 2015-ci ildə yaradılmış şirkətin Direktoru Sərxan Məmmədbağırov İlham oğludur.