ADB Azərbaycan üzrə tədiyə balansının 2026–2027 proqnozunu açıqlayıb

ADB Azərbaycan üzrə tədiyə balansının 2026–2027 proqnozunu açıqlayıb

BİZNES
395

Fins.az - Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tədiyə balansı üzrə cari əməliyyatlar hesabında 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb.

Bankın “Asiyanın inkişaf perspektivləri” (ADO) adlı aprel icmalına əsasən, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3%-i səviyyəsində olacaq. Bu göstərici neft qiymətlərində artım fonunda gəlirlərin yüksəlməsi ilə izah edilir.

2027-ci ildə isə ixrac gəlirlərinin azalması səbəbindən profisit ÜDM-in 3,5%-nə qədər enə bilər.

Qeyd olunur ki, 2025-ci ilin nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3,475 milyard ABŞ dolları (ÜDM-in 4,6%-i) səviyyəsində olub.

Niderlandın ING Group bankı isə daha optimist proqnozla 2026-cı ildə 6,5%, 2027-ci ildə isə 1,7% səviyyəsində profisit gözləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ADB Azərbaycan üzrə tədiyə balansının 2026–2027 proqnozunu açıqlayıb — Fins.az — Fins.az