AÇG-də neft hasilatı göstəriciləri açıqlanıb

AÇG-də neft hasilatı göstəriciləri açıqlanıb

BİZNES
424

2026-cı ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ümumi hasilat orta hesabla gündə 325 000 barel, ümumilikdə isə təxminən 29 milyon barel və ya 4 milyon ton təşkil edib.

Fins.az-ın bp-yə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin birinci rübü ilə müqayisədə azalma nümayiş etdirib. Belə ki, ötən ilin eyni dövründə hasilat gündə 331 min barel olub və nəticədə illik ifadədə 1,8% azalma qeydə alınıb.

Yataq üzrə hasilat göstəriciləri aşağıdakı kimi olub: Çıraq 19 500 barel, Mərkəzi Azəri 89 800 barel, Qərbi Azəri 74 800 barel, Şərqi Azəri 43 900 barel, Dərinsulu Günəşli 47 700 barel, Qərbi Çıraq 22 600 barel və ACE 26 700 barel.

Hesabat dövrünün sonunda AÇG yatağında ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. Birinci rüb ərzində isə 2 neft hasilatı quyusu, 3 su injektor quyusu və 1 qaz injektor quyusu qazılaraq tamamlanıb.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin operatoru “BP Exploration (Caspian Sea) Limited” şirkətidir. Konsorsiumda bp (30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%) iştirak edir.


OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AÇG-də neft hasilatı göstəriciləri açıqlanıb — Fins.az — Fins.az