AÇG blokunda platformalar üzrə hasilat göstəriciləri açıqlanıb

AÇG blokunda platformalar üzrə hasilat göstəriciləri açıqlanıb

BİZNES
365

Azərbaycanın Azəri–Çıraq–Günəşli (AÇG) yataqlar bloku üzrə kommersiya istismarına başlanıldığı 1997-ci ilin noyabr ayından 2026-cı ilin birinci rübünün sonunadək dövlətə ümumilikdə 62 milyard kubmetr səmt qazı təhvil verilib.

Fins.az-ın bp-yə istinadən xəbər verir ki, həmin dövr ərzində blok üzrə təxminən 4,6 milyard barel neft hasil olunub.

2026-cı ilin birinci rübündə AÇG üzrə ümumi hasilat orta hesabla gündə təxminən 325 min barel (b/g), ümumilikdə isə təxminən 29 milyon barel və ya 4 milyon ton təşkil edib. Müqayisə üçün qeyd edilir ki, 2025-ci ilin birinci rübündə gündəlik hasilat 331 min b/g olub və bu da illik ifadədə 1,8% azalma deməkdir.

Platformalar üzrə hasilat göstəriciləri belə olub: Çıraq – 19 500 b/g, Mərkəzi Azəri – 89 800 b/g, Qərbi Azəri – 74 800 b/g, Şərqi Azəri – 43 900 b/g, Dərinsulu Günəşli – 47 700 b/g, Qərbi Çıraq – 22 600 b/g və ACE – 26 700 b/g.

AÇG yataqlar blokunda iştirak payları isə bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%) şirkətləri arasında bölünüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AÇG blokunda platformalar üzrə hasilat göstəriciləri açıqlanıb — Fins.az — Fins.az