ABŞ-də neft ehtiyatları gözləniləndən daha çox azalıb

ABŞ-də neft ehtiyatları gözləniləndən daha çox azalıb

BİZNES
162

Fins.az - ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə ərzində 7,97 milyon barrel azalıb.

Məlumata görə, bu göstərici analitiklərin proqnozlaşdırdığı 4 milyon barrel azalmadan xeyli yüksək olub.

Mayın 29-da başa çatan həftə ərzində benzin ehtiyatları 3,36 milyon barrel, distillat yanacaq ehtiyatları isə 1,5 milyon barrel artıb.

Ekspertlər benzin ehtiyatlarında 500 min barrel, distillat ehtiyatlarında isə 300 min barrel azalma gözləyirdilər.

Nyu-York əmtəə birjasında ticarət olunan neftin saxlanıldığı Kuşinq terminalında da ehtiyatlar 583 min barrel azalıb.

Mütəxəssislər hesab edirlər ki, neft ehtiyatlarının gözləniləndən daha sürətli azalması enerji bazarındakı vəziyyətə və qiymət dinamikasına təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də neft ehtiyatları gözləniləndən daha çox azalıb — Fins.az — Fins.az