
ABŞ məhkəməsi xAI-nin OpenAI-yə qarşı iddiasını rədd edib
Fins.az - ABŞ-da federal məhkəmə xAInin OpenAIyə qarşı qaldırdığı iddianı rədd edib.
İddiaya əsasən, OpenAI-nin xAI şirkətinin keçmiş mühəndisi Xuecheng Lini işə götürərək şirkətin hazırladığı Grok çat-botu ilə bağlı məxfi məlumatları əldə etməyə çalışdığı iddia olunurdu.
Lakin hakim Rita Lin xAI tərəfindən təqdim edilən sübutların kifayət qədər əsaslı olmadığını bildirərək iddianı təmin etməyib.
Qərar nəticəsində məhkəmə araşdırması dayandırılıb.