
ABŞ-də loukoster aviaşirkətlər yanacaq bahalaşmasına görə 2,5 milyard dollar yardım istəyir
Fins.az - ABŞ-də bir qrup büdcəli aviaşirkət artan yanacaq xərcləri ilə əlaqədar hökumətdən maliyyə dəstəyi istəyir.
Məlumata görə, Frontier Airlines və Avelo Airlines daxil olmaqla bir neçə loukoster şirkət 2,5 milyard dollar həcmində yardım üçün müraciət edib. Təklifə əsasən, bu vəsait şirkətlərin səhmlərinə çevrilə bilən xüsusi qiymətli kağızlar müqabilində təqdim oluna bilər.
Ekspertlərin hesablamalarına görə, bu məbləğ cari ildə aviasiya yanacağı xərclərinin əvvəlki proqnozlarla müqayisədə nə qədər artacağını nəzərə alaraq müəyyən edilib. Bildirilir ki, ilin sonuna qədər yanacağın orta qiymətinin hər gallon üçün 4 dollardan yüksək qalacağı gözlənilir.