ABŞ fond indeksləri rekord səviyyəyə yüksəlib

ABŞ fond indeksləri rekord səviyyəyə yüksəlib

BİZNES
773

Fins.az - Amerika Birləşmiş Ştatları fond bazarında əsas indekslər cümə axşamı keçirilən ticarət sessiyasını artımla başa vurub.

S&P 500 və Nasdaq Composite rekord maksimumlarını yeniləyib. S&P 500 tarixdə ilk dəfə 7500 bənddən yuxarı səviyyədə bağlanıb.

İnvestorlar Donald Trump ilə Xi Jinping arasında keçirilən danışıqların nəticələrini diqqətlə izləyiblər. Çin mediasının məlumatına görə, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq məsələləri müzakirə ediblər.

Si Cinpin danışıqların “balanslı və müsbət nəticələr” verdiyini bildirib, Donald Tramp isə görüşləri məhsuldar adlandırıb.

Ağ Evin açıqlamasına əsasən, liderlər Ormuz boğazından gəmilərin sərbəst keçidinin təmin olunmasının vacibliyi barədə razılığa gəliblər. Çin tərəfi həmçinin ABŞ neftinin idxalını artırmaqda maraqlı olduğunu ifadə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ fond indeksləri rekord səviyyəyə yüksəlib — Fins.az — Fins.az