
ABŞ bu savaş üçün “Nokia”nı almağa hazırlaşır
Tramp administrasiyası Çinin “Huavey” korporasiyası ilə süni rəqabət mübarizəsini kəskinləşdirmək planlarını müzakirə edir.
Bu məlumatı “Vol Strit Jurnal” yayıb. Məlumata görə, Tramp administrasiyası bu mübarizəni Avropanın “Erikson” və “Nokia” şirkətlərini ələ keçirməklə genişləndirmək istəyir.
Mənbə ABŞ administrasiyasının bu planları çoxdan müzakirə etdiyini, amma koronavirusun buna mane olduğunu bildirib.
Administrasiyanın bu şirkətləri alacaq ABŞ kompaniyalarına dövlət dəstəyini təmin edəcəyi vurğulanıb.