ABŞ-da benzinin orta qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolları keçib

ABŞ-da benzinin orta qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolları keçib

BİZNES
250

Fins.az - ABŞ-da benzinin orta pərakəndə satış qiyməti 2022-ci ilin avqustundan bəri ilk dəfə olaraq bir qallon üçün 4 dolları keçib. Martın 30-na olan məlumata görə, bu göstərici 4,018 dollar təşkil edib.

Yanacaq qiymətləri Yaxın Şərqdə baş verən münaqişə fonunda kəskin artıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl ABŞ-da benzinin orta qiyməti 2,98 dollar idi. Beləliklə, qiymətlər qısa müddətdə 1 dollardan çox yüksəlib.

Regionda yaranmış gərginlik Hörmüz boğazının bağlanmasına səbəb olub ki, bu da neft ixracı üçün əsas marşrutlardan biridir. Bu vəziyyət nəticəsində WTI markalı neftin qiyməti də 2022-ci ildən sonra ilk dəfə 100 dolları keçib.

Eyni zamanda dizel yanacağının qiyməti də artaraq bir qallon üçün 5,45 dollardan yuxarı səviyyəyə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da benzinin orta qiyməti 2022-ci ildən bəri ilk dəfə 4 dolları keçib — Fins.az — Fins.az