ABŞ-ın 10 illik istiqraz gəlirliliyi iyuldan bəri maksimuma yüksəlib

ABŞ-ın 10 illik istiqraz gəlirliliyi iyuldan bəri maksimuma yüksəlib

BİZNES
476

Fins.az - Amerika Birləşmiş Ştatları dövlət istiqrazlarının gəlirliliyi istehsalçı qiymətlərinin sürətlə artması fonunda yüksəlib.

Ticarət zamanı 10 illik US Treasuries istiqrazlarının gəlirliliyi 2 baza bəndi artaraq 4,49 faizə çatıb. Bu göstərici ötən ilin iyul ayından bəri ən yüksək səviyyə hesab olunur.

Açıqlanan rəsmi məlumatlara görə, ABŞ-də istehsalçı qiymətləri indeksi (PPI) aprel ayında illik ifadədə 6 faiz artıb. Bu, 2022-ci ilin dekabrından bəri ən yüksək artım tempidir.

Trading Economics analitikləri isə daha aşağı — 4,9 faiz səviyyəsində artım proqnozlaşdırmışdılar.

Mütəxəssislər bildirirlər ki, enerji daşıyıcılarının bahalaşması və Yaxın Şərqdəki gərginlik inflyasiya təzyiqlərini gücləndirərək maliyyə bazarlarında dalğalanmanı artırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın 10 illik istiqraz gəlirliliyi iyuldan bəri maksimuma yüksəlib — Fins.az — Fins.az