
54 mənzilli bina 2,8 milyon manata tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "GM Construction" MMC ilə müqavilə bağlayıb.
Fins.az xəbər verir ki, məbləği 2 milyon 837 min manat olan müqavilə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 30 №-li yaşayış binasının tikintisini nəzərdə tutur.
Fond, yeni yaşayış məhəlləsində sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisini, klub-icma mərkəzinin tikintisini və musiqi məktəbinin tikintisini 3 milyon 326 min manat qarşılığında “Azertikinti-M” MMC-yə, abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisini isə 3 milyon 77 min manat qarşılığında "Azəri Servis LTD" MMC-yə həvalə edib.