4SİM beynəlxalq tədbirdə təmsil olunub

4SİM beynəlxalq tədbirdə təmsil olunub

BİZNES
1,208

İsveçrənin Cenevrə şəhərində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və İspaniyanın “ONUart” Fondunun birgə təşkilatçılığı ilə “Qlobal Debat: Süni intellektin yeni qlobal inkişafda rolu – innovasiya və inklüzivlik” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən "Fins.az"-a bildirilib ki, tədbirdə iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbəri Tamerlan Tağıyev “Yaranan yeni dünya; əsas transformasiyalar” sessiya iclasında çıxış edib, Azərbaycanda rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı, xüsusilə də süni zəka sahəsində görülən tədbirlər barəsində məlumat verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
4SİM beynəlxalq tədbirdə təmsil olunub — Fins.az — Fins.az