14 yanvar hərracında 109 nəqliyyat vasitəsi satılıb

14 yanvar hərracında 109 nəqliyyat vasitəsi satılıb

BİZNES
359

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 yanvar tarixində keçirilən hərracda 6 lot üzrə 109 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 2.800 manat olan “KAMAZ 6520” markalı avtomobil 10.500 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3FjPjC linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 28 və 30 yanvar tarixlərində keçiriləcək.  

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/3EBvZM linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
14 yanvar hərracında 109 nəqliyyat vasitəsi satılıb — Fins.az — Fins.az