Yaxın Şərqdə gərginlik fonunda neft qiymətləri yenidən artır

Yaxın Şərqdə gərginlik fonunda neft qiymətləri yenidən artır

BİRJA
291

Fins.az - Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda dünya bazarında neft qiymətləri artım göstərir.

Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçersləri 5,36 faiz bahalaşaraq bir barel üçün 95,22 dollara yüksəlib.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin qiyməti də 6,27 faiz artaraq 87,77 dollar təşkil edib.

Qeyd edək ki, ötən həftənin sonunda İranın Hörmüz boğazını mülki gəmilər üçün açdığını elan etməsindən sonra neft qiymətləri 9 faizdən çox ucuzlaşmışdı. Lakin ABŞ tərəfinin blokadanın davam edəcəyini bildirməsi bazarda yenidən bahalaşmaya səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdə gərginlik fonunda neft qiymətləri yenidən artır — Fins.az — Fins.az