
Yaxın Şərqdə gərginlik fonunda Brent nefti 112 dolları ötüb
Fins.az - Yaxın Şərqdə gərginliyin artması ilə bağlı siqnallar fonunda neft qiymətləri cümə günü sürətlə yüksəlib.
Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 112,1 dollar səviyyəsinə qədər qalxsa da, sonradan bir qədər geriləyərək 111,69 dollar olub. Bu, gün ərzində 3,68 dollar və ya 3,41 faiz artım deməkdir.
Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 3,82 dollar (4,04 faiz) bahalaşaraq 98,3 dollar səviyyəsinə çatıb.
Artıma səbəb kimi Yaxın Şərqdə münaqişənin dərinləşməsi və regionda enerji obyektlərinə zərər dəyilməsi göstərilir. Bildirilir ki, İsrail zərbələri nəticəsində İrana məxsus Mobarakeh Steel şirkətinin bəzi enerji infrastrukturu və metallurgiya obyektləri zədələnib.