Trampın atəşkəs qərarından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb

Trampın atəşkəs qərarından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb

BİRJA
371

Fins.az - Dünya birjalarında neftin qiyməti ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamasından sonra kəskin şəkildə ucuzlaşıb.

Aprelin 8-də “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar və ya 13,3 faiz azalaraq 93,69 dollara enib. ABŞ-ın WTI markalı nefti isə 17,16 dollar və ya 15,2 faiz ucuzlaşaraq 95,79 dollar təşkil edib.

Qeyd edək ki, bu qərar İran üçün müəyyən edilən müddətin başa çatmasına yaxın verilib. Həmin müddət ərzində İrandan dünya neft tranzitinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazını açması tələb olunurdu, əks halda ölkəyə qarşı genişmiqyaslı tədbirlər görüləcəyi bildirilmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Trampın atəşkəs qərarından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb — Fins.az — Fins.az