Tokio fond birjası fəaliyyətini dayandırdı

Tokio fond birjası fəaliyyətini dayandırdı

BİRJA
881

 “Japan Exchange Group” (JPX) birja sahibi bildirib ki, Tokio fond birjası fəaliyyətini bir gün dayandırıb. Mübadilə prosesinin yenidən başlama vaxtı təyin olunmayıb. JPX fasilənin bazar məlumatlarının çatdırılması ilə əlaqədar olduğunu izah edib. Tokio ilə yanaşı, Sapporo, Naqoya və Fukuoka birjaları da fəaliyyətini dayandırıb.

Blumberqin məlumatına əsasən, Tokio fond birjası yaranan fasiləyə səbəb tapmayıb. Xəbərlərə əsasən, birjanın fəaliyyətinin dayandırılmasının, Yaponiyanın bazar sisteminə olan inamına təsir edəcəyi bildirib. Regiondakı digər böyük bazarlar – Çin, Tayvan, Honkonq və Cənubi Koreyanın payız tətilinə getmələri ilə investorların fikirləri də dəyişə bilər.

Yapon fond birjası dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir.  Tokio fond birjası son bir ildə gündəlik dövriyyəsi ortalama 22 milyard dollar olan 2167 şirkətin səhmlərini əhaət edir. 

Qeyd etmək lazımdır ki, birjada yaranan son fasilə 2005-ci ildə sistemin yenilənməməsi səbəbindən mübadilə prosesinin 5 saata yaxın dayanmasından sonra ən böyük qəzadır. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tokio fond birjası fəaliyyətini dayandırdı — Fins.az — Fins.az