Ruslan Xəlilov: ABŞ-Azərbaycan əməkdaşlığı regionda davamlı iqtisadi artımı dəstəkləyəcək

Ruslan Xəlilov: ABŞ-Azərbaycan əməkdaşlığı regionda davamlı iqtisadi artımı dəstəkləyəcək

BİRJA
389

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq kapital bazarlarının birləşdirilməsi və şaxələndirilmiş maliyyələşdirmənin təşviqinə yönəlib.

Fins.az xəbər verir ki, bunu Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında bildirib.

Xəlilov qeyd edib ki, hazırda iri infrastruktur layihələrinin maliyyələşdirilməsi beynəlxalq maliyyə institutları və yerli və xarici bankların sindikatları vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, məqsəd maliyyə institutları və şirkətləri əhatə edən ekosistemləri inteqrasiya etməklə kapital bazarları vasitəsilə iştirak səviyyəsini artırmaqdır.

O əlavə edib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində bu yanaşmalar Azərbaycanda tətbiq oluna bilər və bazarların əlçatanlığı, səmərəliliyi və likvidliyi artırıla bilər. Xəlilov vurğulayıb ki, strateji tərəfdaşlıq çərçivəsində texnoloji həllərin inteqrasiyası regionda davamlı iqtisadi artımı dəstəkləyəcək.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ruslan Xəlilov: ABŞ-Azərbaycan əməkdaşlığı regionda davamlı iqtisadi artımı dəstəkləyəcək — Fins.az — Fins.az