Reuters: Aİ Rusiya qızılına sanksiya tətbiq etməyə hazırlaşır

Reuters: Aİ Rusiya qızılına sanksiya tətbiq etməyə hazırlaşır

BİRJA
1,886

Avropa İttifaqı Rusiya qızılı ilə bağlı sanksiyalar tətbiq etməyi düşünür.

"Fins.az" xəbər verir ki, bu barədə  Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası mümkün yeni sanksiyalar paketinə Rusiya qızılını daxil etməyə çalışır. Tədbirlərin Rusiya qızılının Aİ-na idxalına və ya Rusiya Federasiyasına metal tədarükünə təsir göstərəcəyi hələlik bəlli deyil.

Reuters qeyd edir ki, 23-24 iyunda Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində bu həftə sanksiyalar üzərində işin davam etdirilməsi gözlənilir. Agentliyin məlumatına görə, sammit iştirakçılarının bəyanatlarının layihəsi kompromis xarakteri daşıyır və bu, Rusiyaya qarşı yeni sanksiyalar paketində israrlı olan ölkələr və  daha əvvəl elan edilmiş tədbirlərin həyata keçirilməsinə diqqət cəlb etməyə çağıran ölkələr tərəfindən qəbul ediləcək.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Reuters: Aİ Rusiya qızılına sanksiya tətbiq etməyə hazırlaşır — Fins.az — Fins.az