Qlobal bazarlarda dollar və istiqraz gəlirləri gündəmi
Asiya səhmləri Evergrande borc sıxıntısı təsiri ilə azalarkən, FED-in uzun müddət yüksək faizlərlə davam edəcəyinə dair mesajları dollar və ABŞ istiqrazlarının gəlirlərini artırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, əsas Asiya Sakit Okean fond indeksləri itkilər yaşasa da, ABŞ indekslərində bərpa olunan fyuçerslər mənfi açılışa işarə edib. S&P 500 üzrə 0,4 faiz bahalaşan fyuçerslər 0,3 faiz ucuzlaşıb. Dollar İndeksi 0,1 faiz artımla 1264 bənd təşkil edir.
ABŞ istiqrazlarının gəlirliliyi bütün ödəmə müddətləri üzrə yüksəlib. 2007-ci ilin zirvəsinə çatan ABŞ-ın 10 illik istiqraz faizi bu səhər iki bənd artaraq 4,55 faizə çatıb. Neft qiymətləri Çinin narahatlığına görə ucuzlaşıb. Brent neftinin aktiv müqaviləsi 0,4 faiz azalıb.
Günel Məlkzadə
Fins.az