
Qızılın qiyməti yüksəlib
Dünya bazarlarında qızılın qiymətində artım qeydə alınıb.
Fins.az xəbər verir ki, qızılın bir unsiyası 157,79 dollar və ya 3,59% bahalaşaraq 4 558,7 dollar səviyyəsinə yüksəlib.
Analitiklər artımı qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya gözləntiləri və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.
Qızıl ənənəvi olaraq risklər artdıqda investorlar üçün “təhlükəsiz liman” hesab olunur və bu kimi dövrlərdə ona tələbat yüksəlir.