
Qızılın qiyməti ucuzlaşıb
Fins.az - Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 59 dollar azalaraq 4090,4 dollara düşüb.
Məlumata görə, qiymətli metallar bazarında gümüşün dəyərində də azalma qeydə alınıb. Gümüşün bir unsiyasının qiyməti 0,5 dollar ucuzlaşaraq 62,02 dollar təşkil edib.
Analitiklər qiymət dəyişikliklərini qlobal maliyyə bazarlarındakı vəziyyət və investorların risklərə münasibəti ilə əlaqələndirirlər.