Qızıl BAHAŞADI

Qızıl BAHAŞADI

BİRJA
746

Bank of America Corp. (BofA) qızılın unsiyası üçün 18 aylıq qiymət hədəfini 3 min dollara yüksəldib. BofA-ın proqnozu qızılda qeydə alınmış rekord qiymətdən 50% yüksəkdir.

Fins.az xəbər verir ki, Bankın "Fed qızıl çap edə bilməz" adlı hesabatında, bütün dünyada mərkəzi bankların koronavirusdan təsirlənən iqtisadiyyatları dəstəkləmək üçün çox yüksək miqdarlarda maliyyə və pul təşviqləri həyata keçirdikləri xatırladılıb. Bank hədəfini 2 min dollardan 3 min dollara yüksəldib.

Hesabatda, "Ümumi daxili məhsul kəskin şəkildə azaldıqca, maliyyə xərcləri yüksəldikcə və mərkəzi bankların balansları ikiqart ardıqca etibarı pullar təzyiq altına girə bilər. Sərmayəçilər qızılı hədəfləyəcəklər", - qeyd edilib. 

Qızılın unsiyasının bu il orta hesabla 1695 dollar, 2021-də isə orta hesabla 2063 dollar olmasını gözləyir.

Qızılın qiymətində rekord 1921.17 dollar olmaqla 2011-ci ilin Sentyabr  ayında görülüb. Bu il 11% bahalaşan qiymətli metal hazırda 1683 dollardan ticarət olunur.

BofA analitikləri, güclü dolların, maliyyə bazarlardakı volatilliyin azalmasının və Hindistan ilə Çindəki aşağı ləl-cəvahirat tələbinin qızılın qiymətinin yüksəlməsi üçün əngəlləyici faktorlar ola biləcəyini də qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...