"Pul bolluğu dalğası"- Kapital bazarlarında nələr dəyişib?

"Pul bolluğu dalğası"- Kapital bazarlarında nələr dəyişib?

BİRJA
685

Son bir neçə həftədə nə baş verir, investisiya bankirləri və investisiya şirkətinin işçiləri ilə müxtəlif səviyyələrdə aparılan fikir mübadilələridə bu dönəm nikbinliklə qiymətləndirilir. Fins.az "Forbes"-ə istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən investisiya şirkətlərindən birinin rəhbəri  "Hər şey canlandı və təxminən bir aydır işləyir.Bir canlanma var, birjalar böyüdü, investorlar gəlirlilik axtarır. Müştərilərlə görüşməyə başladıq. Lakin beynəlxalq səyahət çox məhduddur. Video, qrup və fərdi zənglər vasitəsilə əlaqə qururuq. İnsanlar buna öyrəşməyə başladılar "deyə kapital bazarlarındakı mövcud vəziyyəti dəyərləndirib

Pandemiyadan sonrakı  bum

15-19 iyun həftəsində bir anda bir neçə səhm  yerləşdirməsi baş tutdu. Belarusiya 1,25 milyard dollar həcmində iki avrobond yerləşdirib.Belarus dövlətinin nümayəndələri fevralın sonu və martın əvvəlində investorlarla görüşüb, lakin böhran səbəbindən yerləşdirmə təxirə salınmışdı. 2020-ci ilin yayında, bir neçə aylıq duğunluqdan sonra hər şey belə oldu: iyunun 16-da Belarus hökumətinin nümayəndələri, təşkilatçı banklar ilə birlikdə, investorlarla qlobal bir çağırış və bir sıra əlavə çağırışlar etdilər. İlk saatda hər iki buraxılış üçün sifariş  1 milyard dollardan artıq , ən yüksək həddə investor tələbi 5 milyard dollardan daha çox oldu.

İyunun 17-də Alrosa, 3,1% gəlirlə 500 milyon dollar dəyərində yeddi illik istiqrazlar yerləşdirdi. Aprel ayından bəri bu, Rusiya şirkətlərinin avrobondlarının ən az yerləşdirilməsindən biri baş tutdu.Belə ki, aprelin 8-də "Qazprom" 2,95% dərəcəsi ilə 1 milyard avro dəyərində beşillik Avrobondları yerləşdirdi, "Lukoil" isə aprelin 28-də illik 3.875% dərəcəsi ilə 1,5 milyard dollarlıq Avrobondlar buraxdı.

İyun ayında Veon illik 6,3% (VimpelCom-a məxsus) və illik 2.7% -lə 350 milyon avro dəyərində üç illik Avrobondları - 20 milyard rubldan beş illik Avrobondları yerləşdirdi.

İyunun 17-də AFK Sistema və Rusiya-Çin İnvestisiya Fondu Detsky Mir-in demək olar ki, 16% -ni 10.95 milyard rubla satdı. Sahibləri bir gün əvvəl satış elan etmişdilər. “Bir neçə saatda şirkətin 16% -ni satmaq zarafat deyil. Detsky Mir-in bir neçə saata satılması və bağlanış qiymətinə kiçik bir endirim, bazarların hər hansı bir alət yerləşdirmək üçün açıq olduğunun göstəricisi kimi qiymətləndirilir.

Üç ayda nə dəyişdi?

Pandemiya, kapital bazarlarının, tamamilə karantin altına alınaraq, etibarlı olduğu ortaya çıxan sahələrdən biri olduğunu göstərdi. Aprel ayının əvvəlindən bəri biz əməliyyatlarda iştirak edirik. İndiyə qədər Rusiya bazarında təxminən 600 milyard rubl dəyərində istiqrazların yerləşdirilməsi ilə bağlı 66 əməliyyat həyata keçirilib.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Pul bolluğu dalğası"- Kapital bazarlarında nələr dəyişib? — Fins.az — Fins.az