OPEC prezidenti neftin bir barrelinin 40 dollara qədər BAHALAŞACAĞINI gözləyir

OPEC prezidenti neftin bir barrelinin 40 dollara qədər BAHALAŞACAĞINI gözləyir

BİRJA
1,390

Əlcəzairin Enerji Naziri və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) prezidenti Məhəmməd Arkab, ilin ikinci yarısında neftin bir barrelinin 40 dollar səviyyəsinə qədər artacağını gözlədiklərini deyib

Fins.az xəbər verir ki,bu barədə Bloomberg məlumat yayımlayıb

Bildilir ki,Əlcəzair dövlət radiosuna mesahibə verən Arkab, yeni növ koronavirus (Kovid-19) səbəbiylə kəskin eniş edən neftin qiymətinin sonrakı günlərdə bərpa olunacağını gözlədiklərini bildirib

Arkab, OPEK-ə üzv ölkələrin hasilatı məhdudlaşdırmaq qərarının icrası ilə may və iyun aylarında barrel qiymətinin may və iyun aylarında 40 dollara qədər artacağını proqnozlaşdırıb.

OPEC prezidenti Arkab, keçən həftə baş verən böyük düşmədən sonra neft bazarının ötən günlərdə müsbət siqnallar verdiyinə diqqət yetirməyi  məsləhət görüb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi OPEC olmayan istehsalçılar aprelin 10-da əldə etdikləri razılaşma ilə neft hasilatında ciddi bir məhdudiyyət qoyulmasına qərar verdilər.
Buna görə, OPEC +  qrupu ölkələrinin, gündəlik xam neft hasilatı həcmini 1 May - 30 İyun arasında 10 milyon barrelə, 1 İyul - 31 Dekabr arasında 8 milyon barelə və 1 Yanvar 2021 - 30 Aprel 2022 tarixində gündə 6 milyon barrelə endirməsi qərara alınıb.

Qeyd edək ki ,hazırda  markalı neftin bir barelinin qiyməti beynəlxalq bazarlarda 21,7 dollara satılır.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEC prezidenti neftin bir barrelinin 40 dollara qədər BAHALAŞACAĞINI gözləyir — Fins.az — Fins.az