
OPEC 2026–2027-ci illər üçün qlobal neft tələbatı proqnozunu dəyişməyib
Fins.az - OPEC 2026 və 2027-ci illər üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu dəyişməyib. Alyansın aylıq hesabatına görə, 2026-cı ildə dünya üzrə neft tələbatı 1,38 milyon barel/gün artaraq 106,53 milyon barel/günə çatacaq.
Analitiklər bu qiymətləndirməni ilk dəfə 2025-ci ilin avqustunda səsləndirmişdilər və son hesabatda da onu təsdiqləyiblər.
OPEC 2025, 2026 və 2027-ci illər üzrə proqnozlara yalnız cüzi düzəlişlər edib:
2025-ci il – 105,15 mln barel/gün
2026-cı il – 106,53 mln barel/gün
2027-ci il – 107,87 mln barel/gün
Beləliklə, 2026-cı ildə qlobal neft tələbatının artımı təxminən 1,34 milyon barel/gün səviyyəsində qiymətləndirilir.