
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz fyuçerslərinin qiymətində azalma qeydə alınıb.
Fins.az xəbər verir ki, 2026-cı ilin iyun ayında çatdırılma şərti ilə təbii qaza olan fyuçers kotirovkalarının qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 0,56 % azalaraq 2,83 ABŞ dolları təşkil edib.
Enerji bazarlarında qiymət dəyişiklikləri qlobal tələbat və təklif balansı fonunda investorların diqqətində qalmağa davam edir.