
Neft qiymətləri kəskin ucuzlaşıb
Fins.az - cümə axşamı günün ikinci yarısında dünya bazarlarında neft qiymətləri kəskin şəkildə enişə keçib və əvvəlki artımı tamamilə itirib.
London birjasında “Brent” markalı neftin iyun fyuçersləri 3 faizə yaxın ucuzlaşaraq 114,5 dollar səviyyəsinə düşüb. Daha aktiv ticarət olunan iyul kontraktları da geriləyərək 108,48 dollar olub.
ABŞ bazarında isə WTI markalı neftin iyun fyuçersləri təxminən 1,9 faiz azalaraq 104,88 dollar təşkil edib.
Qeyd edək ki, bir gün əvvəl neft qiymətləri əksinə, kəskin artım nümayiş etdirmişdi. “Brent” 6 faizdən çox bahalaşaraq sessiya ərzində 126 dollardan yuxarı qalxmışdı, WTI isə 110 dolları keçmişdi.