Neft bazarında kəskin eniş: qiymətlər 15%-dən çox ucuzlaşdı

Neft bazarında kəskin eniş: qiymətlər 15%-dən çox ucuzlaşdı

BİRJA
368

Fins.az - Dünya neft bazarlarında kəskin ucuzlaşma qeydə alınıb.

Çərşənbə günü Asiya ticarəti zamanı neft qiymətləri 15%-dən çox geriləyib. Buna ABŞ prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəsə razılaşması səbəb olub.

ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri 18% azalaraq bir barel üçün 92,61 dollara düşüb. Halbuki, bundan əvvəlki ticarət sessiyasında WTI 112,41 dollar səviyyəsində bağlanmışdı.

Bazar iştirakçıları uzun müddətdir ABŞ və İran arasında artan gərginliyi diqqətlə izləyirdi. Xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı neft qiymətlərini son ayların maksimum səviyyəsinə yüksəltmişdi. Lakin atəşkəs razılaşması bazarlarda risklərin azalmasına və qiymətlərin sürətlə aşağı düşməsinə səbəb olub.

Məlumata görə, razılaşma İranın Hörmüz boğazında neft daşımalarının təhlükəsiz və fasiləsiz bərpasını təmin etməsi şərti ilə əldə olunub. Qeyd edək ki, bu strateji boğazdan dünya üzrə neft tədarükünün təxminən 20%-i keçir.

Ekspertlər bildirirlər ki, əgər tərəflər arasında əldə olunan razılaşma davamlı olarsa, neft bazarında qiymətlərin sabitləşməsi mümkündür. Əks halda isə geosiyasi risklərin yenidən artması qiymətlərə təzyiq göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft bazarında kəskin eniş: qiymətlər 15%-dən çox ucuzlaşdı — Fins.az — Fins.az