“Brent” neftinin qiyməti 100 dollar həddini keçib

 “Brent” neftinin qiyməti 100 dollar həddini keçib

BİRJA
190

Fins.az - Dünya birjalarında “Brent” markalı xam neftin qiyməti 100 dollar həddini ötüb.

Son məlumatlara görə, “Brent” neftinin bir bareli 100 dollardan yuxarı satılır. Eyni zamanda, “Light” markalı xam neftin qiyməti də artaraq 91 dolları keçib.

Ekspertlər bu bahalaşmanı əsasən Yaxın Şərqdə davam edən geosiyasi gərginliklə əlaqələndirirlər. Xüsusilə tərəflər arasında ziddiyyətli açıqlamalar və Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyənlik bazarda ciddi dalğalanmalara səbəb olub.

Qeyd edilir ki, regionda baş verən münaqişə nəticəsində dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında nəqliyyatın demək olar ki, dayanması qiymət artımını daha da sürətləndirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Brent” neftinin qiyməti 100 dollar həddini keçib — Fins.az — Fins.az