
"Bitcoin"in qiyməti azalıb
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin qiymətlərində qarışıq dinamika qeydə alınıb.
Fins.az xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması təxminən 2,39 trln. dollar səviyyəsində formalaşıb.
Son 24 saat ərzində "Bitcoin"in qiyməti 0,22% azalıb və 70 017,88 dollar səviyyəsində qərarlaşıb. Eyni zamanda, BTC-nin bazar kapitallaşması 1,40 trln. dollar təşkil edir. BTC-nin qiyməti son 7 gündə isə 3,19% artıb.
Daha ətraflı burdan məlumat əldə edə bilərsiniz.