
"MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb
Fins.az - 19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MERKURİ BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002019753 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "MERKURİ BOKT” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002019753 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
Ticarət üsulu/forması | Kütləvi/Birqiymətli Hərrac |
İstiqrazların sayı | 22,000 ədəd |
İlkin ticarət qiyməti | 50 manat |
İstiqrazların buraxılış həcmi | 1,100,000 manat |
İllik gəlirlilik faizi | 17% |
Hərrac qiyməti | 50 manat |
İstiqrazların reallaşdırılmış həcmi | 1,100,000 manat |
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 1,100,000 manat |
İnvestor sayı | 50 |
Sifariş sayı | 50 |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 5 il |
Anderrayter | “CPM-İnvest İnvestisiya Şirkəti” ASC |