Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac-MƏBLƏĞ

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac-MƏBLƏĞ

BİRJA
721

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101879S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 99,4585 manat (7,00%) və 99,4773 manat (6,76%) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 530 600 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4585 manat (7,00%), orta ölçülmüş qiyməti isə 99,4647 manat (6,92%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 136 530 600 manat təşkil edib.

Notların ödəmə tarixi 10 iyun 2020-ci ildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac-MƏBLƏĞ — Fins.az — Fins.az