Maliyyə Nazirliyinin ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
597

8 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017780 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib

Fins.az xəbər verir ki,hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 92.5067  AZN (12.0501%) və 100.7775 (8.6999%) olan 17 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4871  (9.9900%), orta ölçülmüş qiyməti 97.7505   (9.8847%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  75,490,300.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  5 sentyabr 2023-ci  il.

Hərrac iştirakçıları 9 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az