Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
942

Mayın 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040125 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 80.2307 (13%) manat və 96.5827 (8.35%) manat olan 30 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4960 (9.15%) manat, orta ölçülmüş qiyməti 95.1643 (8.7136%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,863,400  manat, yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 17 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 9 may 2028-ci il. 

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az